Dünya futbolu

“Neftçi”nin sabiq prezidenti İtaliyaya niyə yollanır?

“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Roma” – “Zaltsburq” (Avstriya) cavab matçında UEFA nümayəndəsi olacaq.

Fevralın 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İlk görüşdə Avstriya təmsilçisi mininal hesablı qələbə qazanıb – 1:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43