05 Yanvar 2025
Kateqoriyasız

“Neftçi”nin sabiq rəisindən sərt reaksiya: “Onları iti qovan kimi qovardım!”

“Neftçi”nin sabiq rəisi Güloğlan Cabbarov Avroliqanın pley-off mərhələsi çərçivəsində “Partizan”a doğma azarkeşlər önündə boyun əyən komandada əsas günahın məşqçilər korpusunun üzərində olduğunu bildirib.

İdmanxeber.com-un məlumatına görə, Cabbarov komandanın bu şansı əldən verməsinə qəzəblənib və baş verənlərlə bağlı fikirlərini öz rəsmi “feysbuk” statusunda sərt şəkildə bildirib.    “Dünən “Neftçi”nin oyununu bütün Azərbaycan gördü. “Neftçi”nin oyunundan əsər-əlamət yox idi. Dünənki oyunu uduzmağımızın səbəbi məşqçilər korpusunun təkəbbürlüyü idi. Mən həmişə istefanın əleyhinə olmuşam. Amma, Sadıq müəllimin yerinə olsam, bu faciəli oyunun memarlarını, oyundan qabaq bu yükü boynuna götürən insanları iti qovan kimi, qovardım.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43