“Neftçi”nin sabiq rəisi Güloğlan Cabbarov sosial şəbəkələrin birində “ağ-qaralar”ın “Qəbələ” üzərindəki qələbəsindən sonra status paylaşıb.
Paytaxt klubunun sabiq rəsmisi “Neftçi” ilə fəxr etdiyini deyib:
“Neftçi” bu kəlməni başa düşən bütün Azərbaycanın fəxri, gözümüzü açandan tək bir komanda eşitmişik – “Neftçi”. Mən səninlə fəxr edirəm… Keçmişinə də, bugününə də, gələcəyinə də… Qələbə münasibəti ilə təbrik edirəm”.