05 Dekabr 2024
Ölkə futbolu

“Neftçi”nin şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətin təmin etməyib.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi-2″nin futbolçusu Ağadadaş Salyanski “Sumqayıt-2” ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması və komandanın 300 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu Əvəzedicilər Liqasının XXIX turunda “Sumqayıt”a 1:3 hesabı ilə məğlub olduqların matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43