16 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi”nin stadionu “ağ-qara”ya bürünəcək – AÇIQLAMA

“Azarkeşlərimizi sevindirən bir xəbər deyim ki, çox qısa zamanda “Neftçi Arena”nın oturacaqları dəyişdiriləcək”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.

Klub rəsmisi stadionun oturacaqlarının “ağ-qara” olacağını bildirib:

“Stadionun oturcaqları klubumuzun rənglərinə uyğunlaşdırilacaq, “ağ-qara” olacaq. Bununla bağlı proses artıq başlayıb, sifariş edilib. İcraçı şirkət də artıq müəyyənləşdirilib və onlar da öz təklifini verib, klub rəhbərliyi də təsdiqləyib. Lakin bir az zaman alır deyə, çempionatın ilk fasiləsindəcə bu işlərə start veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43