“Böyük kluba gəldiyimi yaxşı anlayıram. “Neftçi” hər zaman yüksək yerlər uğrunda mübarizə aparıb. Belə bir komandanın üzvü olmaq qürurvericidir”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Elvin Bədəlov klubun rəsmi saytına açıqlamasında deyib.
Paytaxt klubunun gənc üzvü daha sonra “Bu gün “Neftçi”də ilk məşqə çıxdım və komanda yoldaşlarımla tanış oldum. Komandada əla ab-hava olduğunu gördüm, ilk məşqim olmasına baxmayaraq, artıq demək olar ki, hamısı ilə ünsiyyət qurmuşam. Burada milli komandadan dostlarım da var. Hər kəs də əsas heyətdə möhkəmlənməyə çalışır. Onlarla rəqabət aparmaq maraqlı olacaq. Çalışacam ki, məşqçilər heyətinin etimadını doğruldum” – deyib.