30 Dekabr 2024
Ölkə futbolu

“Neftçi”nin “Xəzər Lənkəran”ın məktubuna cavabı

“Xəzər Lənkəran” FK-nın 11.11.2014-cü il tarixdə “Neftçi”yə ünvanladığı məktub cavablandırılıb.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi” PFK 24.11.2014-cü il tarixdə Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçının “Xəzər Lənkəran” Mərkəzi stadionunun ot örtüyünün əsaslı şəkildə yenilənməsi ilə bağlı başqa stadionda təşkil olunmasına etiraz etmir. “Neftçi” PFK komandamızın məşqçilər korpusunun, futbolçu heyətinin, azarkeşlərin marağını və ən əsası idman prinsiplərinin qorunmasını nəzərə alaraq nominal meydan sahibinin “Xəzər Lənkəran” klubu olaraq qalmasını vacib sayır. Bundan başqa, “Neftçi” PFK XIII turun oyununun keçirilməsi üçün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu təmənnasız olaraq “Xəzər Lənkəran” klubunun sərəncamına verməyə hazırdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43