Az öncə "Neftçi"nin mətbuat xidmətindən idmanxeber.com-a Nazim Süleymanovun bütün borcunun ödənildiyini deyildi. Hətta klubdan bizə "premya"ların da Süleymanova çatdığı bildirildi.
Lakin sən demə paytaxt klubu Süleymanovun borcunu tam ödəməyib.
"Neftçi"nin sabiq baş məşqçisi Nazim Süleymanov saytımıza müsahibəsində klubdan bir aylıq maaş və 2 oyunun "premya"sının hələ də ödənilmədiyi demişdi.
Süleymanov Sportlife.az-a açıqlamasında maaşını aldığını, ancaq "Neftçi"nin hələ də ona borclu olduğunu deyib: "Bəli, 4 aydan sonra "Neftçi" maaşımı ödədi, amma 2 oyunun “premya”sı ödənilmədi".