AZAL-la oyunda barmağı sınan “Neftçi” klubunun futbolçusu Elşən Abdullayev əməliyyat olunub.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyatı uğurla keçən gənc yarımmüdafiəçi həkimlərin nəzarəti altında müayinəni davam etdirəcək.
Həkimlərin ilkin rəyinə əsasən gənc yarımmüdafiəçi ən gec 3 həftədən sonra məşqlərə başlaya biləcək.