Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi”nin yeni baş məşqçisi yaxın günlərdə məlum ola bilər.
İdmanxeber.com-un məlumatına görə, iyunun 8-də klubun Müşahidə Şurasının iclası olacaq. Məhz bu iclasda paytaxt komandasının yeni baş məşqçisinin kimliyinə aydınlıq gələ bilər.
Bundan başqa toplantıda klubun başa çatan mövsümdə çıxışı, eyni zamanda avrokuboklara hazırlıq planı müzakirə ediləcək.