“Neftçi”nin baş məşqçisi təyin olunacaq Nazim Süleymanovun köməkçilərindən birinin adı müəyyənləşib.
Belə ki, Süleymanovun köməkçilərindən biri Səmədağa Şıxlarov olacaq. 58 yaşlı veteran futbolçu 1974, 1977-1980 və 1982-1984-cü illərdə çıxış etdiyi “Neftçi”də 152 oyun keçirərək 21 qola imza atıb. Şıxlarov “Neftçi”dən başqa “Xəzər” (Sumqayıt), “Avtomobilçi” (Bakı), “Gəncə”, “Çıraqqala” (Siyəzən) və OİK (Kiyev, Ukrayna) klublarının şərəfini qoruyub, 1982-ci ildə SSRİ yığmasında 2 oyun keçirərək 1 qola imza atıb. “Olimpik-Şüvəlan”da Süleymanovun köməkçisi olmuş veteran futbolçu “Neftçi”də seleksiyaçı-məşqçi işləyib.