Kateqoriyasız

“Neftçi”nin yeni hücumçusu Bakıya gəldi

“Neftçi”nin yeni hücumçusu Ahmed Ahmedov Bakıya gəlib.

Bolqarıstanın ÇSKA (Sofiya) klubundan icarəyə götürülən forvard dünən gecə Azərbaycan paytaxtına eniş edib. O, bu gün yeni komandasında ilk məşqə çıxıb.

Ahmed Ahmedovla mövsümün sonunadək müqavilə imzalanıb. O, Bakı klubunda 9 nömrəli formanı geyinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43