“Neftçi”nin yeni transferi seneqallı futbolçu Mamadu Mbodj ölkəsinin mətbuatına müsahibə verib. O, Azərbaycan çempionatı və “Neftçi” barəsində də danışıb. Mamadu Mbodj hazırda “Neftçi”nin düşərgəsində olduğunu və özünü çox rahat hiss etdiyini bildirib:
“Hazırda “Neftçi”nin düşərgəsindəyəm. Burada yeni komanda yoldaşlarımla tanış oluram. Yeni komandamla iki illik müqavilə imzalamışam. Burada özümü inkişaf etdirmək istəyirəm”.
Son klubu “Jalqris” olan 25 yaşlı futbolçu Azərbaycan və Litva çempionatlarını da müqayisə edib: “Azərbaycan çempionatı Litva ilə müqayisədə daha populyardır. Böyük turnirlərdə oynamaq niyyətindəyik”.
Qeyd edək ki, o, Seneqalın U-20 və U-23 milli komandalarında da oynayıb.