“Neftçi”nin heyətinə qatmaq istədiyi Yuri Matias komandanın hazırlıqlarını davam etdirdiyi Rusiyaya yollanıb.
İdmanxeber.az.xəbər verir ki, bu barədə oyunçu sosial şəbəkə hesabından paylaşım edib. O, hazırda Moskavada olduğunu bildirib.
CFR-də çıxış edən 28 yaşlı müdafiəçinin “Neftçi”nin düşərgəsinə qoşulacağı gözlənilir. Daha öncə Rumıniya mətbuatı tərəflərin razılığa gəldiyini yazmışdı.
“Ağ-qaralar” sabah Moskvada “Spatak” klubu ilə yoxlama oyunu keçirəcək. Görüş saat 21:00-da başlayacaq.