23 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”nin yeni transferi: “Məqsədim Avroliqanın qrupunda oynamaqdır” – VİDEO

“Komandada uyğunlaşma prosesini nisbətən yaxşı keçirirəm. Çünki burda həmyerlim Denis Silva və digər braziliyalılar var. Denislə bura gəlməmişdən öncə də komanda haqqında söhbətim olmuşdu”. 

İdmanxeber.com-un məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Kaue deyib.

“Vasluy”un sabiq futbolçusu “Neftçi”yə gəlişi haqqında danışıb. Braziliyalı futbolçu Rumıniya klubu ilə düşə bilmədiyi Avroliqanın qrupuna “Neftçi” ilə məqsədinə çatmaq istədiyini bildirib: “Hazırlıq çox yaxşı təşkil olunub. “Neftçi” yaxşı komandadır. Əlimdən gələni edəcəyəm ki, komandaya yeni mövsümdə köməyim dəysin. Avroliqada oynamaq hamı – həm “Neftçi”, həm də futbolçular üçün vacibdir. Çünki futbolçular Avropada oynayanda onlar üçün də qapılar açılır. 2 il əvvəl biz də “Vasluy” ilə Avroliqada oynamışdıq, ancaq qrupa düşə bilməmişdik. Ona görə də məqsədim Avroliqanın qrupunda oynamaqdır”.

Qeyd edək ki, Rumıniyanın gümüş mükafatçısı kimi 2013/14 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsinə qatılan “Vasluy” “Fənərbaxça” tərəfindən kənarlaşdırılmışdı. Avroliqanın pley-off mərhələsində isə Kauenin komandasının qarşısını “İnter” kəsmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43