Kateqoriyasız

“Neftçi” bunu bacardı

“Neftçi” Azərbaycan çempionatlarında 400-cü ev oyununu keçirib.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, yubiley matçı Premyer Liqanın 13-cü turuna təsadüf edib. “Keşlə”ni qəbul edən “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.

Bu, “Neftçi”nin öz meydanında 252-ci qələbəsi olub. Aktivində 91 heç-heçə də olan paytaxt təmsilçisi doğma divarlar arasında 57 məğlubiyyət alıb. “Ağ-qaralar” evdə 400 oyun keçirən ilk komanda olub.

“Neftçi” ölkə çempionatlarında ilk ev oyununu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”inə qarşı keçirib. Həmin oyunda bakılılar 1:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43