Ölkə futbolu

“Neftçi”nin zədəlilərindən SON XƏBƏR

“Neftçi”nin “Qəbələ” ilə yoxlama görüşündə zədələnən futbolusu Xorxe Korreanın durumu bu gün müəyyənləşəcək.

Bu barədə İdmanxeber.az-a klubun mətbuat xidmətindən bildirilib. Argentinalı futbolçu bu gün həkim müayinəsindən keçəcək. Digər zədəli futbolçu Xəyal Nəcəfov artıq məşqlərə başlayıb.

Qeyd edək ki, “Qəbələ” ilə oyunda zədələnən digər futbolçu Yusuf Lavalın durumu isə yaxşıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43