Premyer Liqa

“Neftçi”nin zədəlilərinin durumuna aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının XXII turunda “Qəbələ” ilə oyunda zədələnən “Neftçi”nin futbolçuları – Ruslan Abışov, Pavel Dreksa, Məqsəd İsayev və Tərzin Cahangirovun durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, ötən gün tibbi müayinədən keçən futbolçuların müayinələrinin cavabları bu gün açıqlanıb. Adıçəkilən futbolçulardan yalnız çexiyalı Dreksanın durumu ciddidir. Əzələsində problem olan oyunçunun növbəti turda “İnter”lə matçda oynamayacağı dəqiqdir. Digər futbolçuların isə “sabiq bankirlər”lə matçda iştirak edəcəkləri gözlənilir.

Qeyd edək ki, martın 18-də baş tutacaq “Neftçi” – “İnter” oyunu saat 19:37-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43