“Neftçi”yə keçidi alınmayan Nikita Rukavitsa karyerasını İsraildə davam etdirəcək.
İdmanxeber.az-ın məlmuatına görə, təcrübəli forvard “Hapoel Beer-Şava” klubu ilə anlaşıb.
“Neftçi”də oynamaqdan imtina edən 34 yaşlı hücumçu israillilərlə 2 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki. Rukavitsa paytaxt klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəlmiş, lakin son anda qərarını dəyişmişdi.