“Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəş “Fatih Karagümrük”ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmasından sonra mətbuat konfransı keçirib
İdmanxeber.az-ın məlumatına görə, 72 yaşlı mütəxəssis görüşün ilk hissəsində sərgilədikləri oyun üçün azarkeşlərdən üzr istəyib: “Bura qələbə qazanmaq üçün gəlmişdik. Bütün futbolçuların da eyni fikirdə olduğunu düşünürəm. Amma istəklərimiz meydanda tam əks olunmadı.
Qarşıda “Neftçi” və “Pendikspor”a qarşı doğma meydanda iki matçımız olacaq. Daha həvəsli və sürətli oyun gözləyirəm”.
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Bakıda “Beşiktaş”a yenilib – 1:3. Cavab qarşılaşması avqustun 17-də gerçəkləşəcək.