05 Yanvar 2025
Ölkə futbolu

“Neftçi”yə güvəndilər, “Qarabağ”ı göydən yerə vurdular

Bukmeker kontorları Çempionlar Liqası və Avropa Liqasının III təsnifat mərəhləsinin ilk görüşləri üçün əmsalları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, ÇL-də “Zalsburq”la qarşılaşacaq “Qarabağ”a heç bir bukmeker kontoru güvənmir. Məsələ burasındadır ki, Avstriya klubunun daxili çempionatda göstərdiyi oyun və ÇL təcrübəsini nəzərə alan kontorlar “Zalsburq”un qələbəsinə 1.25 “kofiçent” veriblər. Qurban Qurbanovun komandasının qələbə əmsalı isə 7.50-di.

Avropa Liqasında mübarizəsini davam etdirən “Neftçi”yə isə “Qarabağ”dan fərqli güvənirlər. Belə ki, “ağ-qaralar”ın qələbə əmsalı 1.45, məğlubiyyətinə isə 5.00 əmsalı veriblər.

Ümumən əmsallar aşağıdakı kimidi:

Çempionlar Liqası, III təsnifat mərhələsi

QARABAĞ  – ZALTSBURQ – 7.50 4.50 1.25

Avropa Liqası, III təsnifta mərhələsi

NEFTÇİ BAKI – ÇİKURA  – 1.45 3.80 5.00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43