26 Fevral 2024
Kateqoriyasız

“Nəqşicahan”dan boykot açıqlaması: “Sürünə-sürünə qazanılan qələbəni istəmirik”

“Araz-Naxçıvan”ın oyunlarını "Nəqşicahan" fan klubunun boykot etməısi ilə bağlı sizə məlumat vermişdik.

Fan-klubunun fəal üzvü İlqar Qulusoy idmanxeber.com-a açıqlamasında boykotun səbəblərini açıqlayıb:

"Biz daim "Araz Naxçıvan"ın nəticələri ilə yanaşı gözəl oyuna tamaşa etmişik. Ancaq son turlarda bu oyunu komandamızda görmürük. Lider komanda nəticə ilə yanaşı gözəl oyun da göstərməlidi. Lakin bu belə görünmür. Bizə sürünə-sürünə qazanmaq lazım deyil. Komandamızdan gözəl oyun, şou gözləyirik. Biz oyunlara buna görə gəlirik".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43