27 Fevral 2024
Ölkə futbolu

“Nəqşicahan”dan örnək addım – FOTO

Bu gün "Nəqşicahan" AAK-nın bir qrup azarkeşi və "Araz-Naxçıvan" PFK-nın 3 futbolçusu – Eşqin Quliyev, Elgiz Kərəmli və Elmin Çobanov "Azərbaycan Uşaqlar Birliyi"nin nəzdində olan sığınacaq evində məskunlaşmış körpələrə baş çəkib.   "Azərbaycan Uşaqlar Birliyi"nin meneceri Həcər Ağayeva bu bayramlar günündə "Nəqşicahan" AAK-nın belə bir addım atmasını alqışlamışdır. "Bu gün siz gənclərin belə bir addım atması bizi həqiqətən də sevindirir. Çünki bugün bu körpələrin belə bir sevgiyə, məhəbbətə, sığala ehtiyacı vardır. Sizlər burda olan zaman o körpələrinin necə sevindiyinin şahidi oldunuz".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43