“Barselona”nın aparıcı futbolçusu Neymar gələn tur komandasına gömək edə bilməyəcək. O, sarı vərəqə limitini doldurub və cəzalı duruma düşüb. Komandanın baş məşqçisi Xerardo Martino isə bundan istifadə edərək, futbolçuya 10 günlük istirahət verib. Mətbuata açıqlama verən baş məşqçi bunları deyib:
“Neymar Braziliyaya yollanıb. 10 gün orada qalacaq. Neçə aydır ki, fasiləsiz oynayır”.