Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubunun hücumçusu Neymar öz gəmisi ilə Braziliyada parti təşkil edib.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu dekabrın 27-də Rio-de-Janeyroya yola düşüb. Tədbir 3 gün davam edəcək, bundan sonra geri qayıdacaq.
Gəmidə mağazalar, kazino, boulinq salonu, kinoteatr və əyləncə otaqları, canlı tamaşalar və konsertlər olacaq. Neymar bütün ailəsi ilə birlikdə gəmidədir.
Biletin qiyməti 1-6 min avro arasında dəyişir.
Neymar hazırda menisküs zədəsi səbəbindən meydana çıxmır. O, 2024-cü ilin avqustuna qədər komandadan kənarda qalıb.