Braziliyalı ulduz futbolçu Neymar karyerasını Amerikada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “İnter Mayami”də çıxış edən Luis Suares və Lionel Messi onu yanlarına gətirmək niyyətindədi. Hələlik Neymar gələcəyi ilə bağlı qərarını verməyib.
32 yaşlı oyunçunun “Əl-Hilal”la müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.
O, zədələrə görə il yarım ərzində cəmi 7 oyunda iştirak edib.