21 Yanvar 2025
Dünya futbolu

Neymar müqavilə ləğvi üçün 65 milyon istəyir

Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” Neymarla müqaviləni vaxtından əvvəl ləğv etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, klub futbolçu ilə olan sözləşməni ləğv etsə, braziliyalıya 65 milyon avro ödəməli olacaq. Çünki onun “Əl -Hilal”la müqaviləsi 2025-ci ilin yayına qədərdi.

Daha əvvəl Neymarın karyerasına başladığı doğma klubu “Santos”a qayıtmaq istədiyi bildirilirdi.

Neymar bu mövsüm 2 oyuna çıxıb, cəmi 42 dəqiqə oynayıb. Neymar 2023-cü ilin avqustunda PSJ-dən “Əl-Hilal”a keçib. Forvard əvvəllər “Barselona” və “Santos”da da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43