Uzun müddətdir ki, zədədən əziyyət çəkən Neymar karyerasını vətənində davam etdirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”la müqaviləsinə yanvarda xitam verməyi düşünür.
32 yaşlı futbolçu Braziliyanın “Santos” klubu ilə danışıqlara başlayıb. Son anda hər hansı bir dəyişiklik olmayacağı təqdirdə, Neymar “Santos”la yeni müqavilə imzalayacaq.