Neymar bu yay PSJ-dən Premyer Liqaya keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Paris komandasının rəhbərliyi son günlər hücumçunun satışı ilə bağlı müzakirələr aparır. Fransa çempionu yeni mövsümdə xərclərı azlatmaq niyyətindədir.
Neymarın da bunun fərqində olduğu və PSJ-dən ayrılmağa müsbət yanaşdığı bildirilir.
Hücumçu “Çelsi”, “Nyukasl” və “Mançester Yunayted” kimi klubların maraq dairəsindədir.
Neymar bu mövsüm Liqa 1-də 20 oyuna çıxıb və 13 qol vurub.