Neymar karyerası ilə bağlı qərar verə bilmir.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun “Əl-Hilal”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Oyunçunun karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan yer “İnter Mayami”dir. Ancaq braziliyalı hələ qərarsızdı.
Neymar “Əl-Hilal”a 2023-cü ilin avqustunda qoşulub və cəmi 7 oyun keçirib. O, çox vaxt zədə səbəbindən komandadan kənarda qalır.