Dünya futbolu

Neymar qarşıdakı oyunlarda Braziliya millisinə kömək edə biləcək?

DÇ-2022-nin 1/8 finalında Cənubi Koreya ilə qarşılaşacaq Braziliya millisi bu matçda Neymarın xidmətindən yararlana biləcək.

İdmanxeber.az-ın məlumatına görə, Neymar Cənubi Koreya ilə oyun üçün iştirak ərizəsinə daxil ediləcək. Baş məşqçi şans verəcəyi halda Neymar meydana çıxacaq.

Qeyd edək ki, Braziliya – Cənubi Koreya matçı dekabrın 5-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43