“Əl-Hilal”ın hücumçusu Neymar karyerasını “Santos”da davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı braziliyalının transferi ilə bağlı tərəflər arasında şifahi razılıq əldə olunub. Müqavilənin gələn həftə yekunlaşacağı gözlənilir.
Neymar bu mövsüm 2 oyuna çıxıb, cəmi 42 dəqiqə oynayıb. Ulduz futbolçu 2023-cü ilin avqustunda PSJ-dən “Əl-Hilal”a keçib. Forvard əvvəllər “Barselona” və “Santos”da da çıxış edib.