25 Oktyabr 2021
Kateqoriyasız

Neymardan gözlənilməz açıqlama: “Bu son turnirim olacaq”

PSJ-nin braziliyalı ulduz futbolçusu Neymar milli karyerasına toxunub.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçu 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatının onun yığma ilə sonuncu turmiri olacağını deyib:

“Düşünürəm ki, DÇ-2022 mənim son böyük turnirim olacaq. Çünki zehni olaraq futbola daha çox dözə biləcəyimi bilmirəm. Oraya çox yaxşı getmək üçün əlimdən gələni edəcəyəm. Ölkəmlə birlikdə qazanmaq və uşaqlığımdan bəri ən böyük arzumu həyata keçirmək üçün çalışacağam.”

Qeyd edək ki, Neymar Braziliya millisinin heyətində meydana çıxdığı 113 oyunda 69 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan millisinin heyəti açıqlandı – SİYAHI

admin

Nazarov üçün bir hissə

admin

Ronaldodan tarixi rekord

admin