20 Fevral 2025
Dünya futbolu

Neymarın atası futbolçunun gələcəyindən danışdı

“Santos”un vingeri Neymarın atası Neymar da Silva futbolçunun Braziliya klubundakı gələcəyindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun atası oyunçunun klubdan ayrılacağı iddialarının doğru olmadığını bildirib. O, “Bizim layihə təkcə beş ay üçün nəzərdə tutulmayıb. Klubla müqaviləni uzatmağı düşünürük” – deyə, açıqlama verib.

Neymar 2009-2013-cü illərdə oynadığı “Santos”un yetirməsidir. Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43