“Barselona”nın ulduzu Neymarla bağlı ortaya daha bir iddia atılıb.
İdmanxeber.com-un məlumatına görə, bu xəbəri ispan mediası yayıb.
Braziliyalı futbolçunun 2014-cü ildə “Real”a keçməyə çox yaxın olduğu iddia edilib.
“Barselona”ya transferi zamanı saxtakarlıq olması səbəbindən Neymar və atası barədə cinayət işi açılıb. İddiaya görə, məhz bu səbəbdən o, “Barselona”dan ayrılmaq fikrinə düşüb. Bu zaman araya girən “Real”ın prezidenti Florentino Peres onu komandasına gəlməyə razı salıb.
“El Confidencal”ın Neymarla “Real” üçün Cənubi Amerikada skautluq edən Juni Kalafat arasındakı mesajlaşmanı yayımlayıb. Həmin yazışmada Neymar: “Juni, Madridə çatdın? Bilirsən, mən artıq “Real”ın oyunçusuyam”, – sözlərini yazıb.