27 Dekabr 2024
Müsahibə

Nəziri “Xəzər Lənkəran”da bəyənilməməsinə belə reaksiya verdi: “Həyatda iki şey var: hə və yox” – MÜSAHİBƏ

“Araz Naxçıvan”dan qalmaqallı şəkildə ayrılan və “Xəzər Lənkəran”ın düşərgəsinə yollanan Elhad Nəziri idmanxeber.com saytına müsahibə verib.

– Elhad, “Xəzər Lənkəran”ın düşərgəsinə yollanmışdın. Hətta orada məşqə də çıxdın. Transferin bitdiyini düşünülən bir anda nə oldu?

Bakıya dünən gəlmişəm. Alınmadı… 

– Niyə alınmadı?

Lənkərana getdim, məşqimi etdim, ancaq mən özüm də bilmirəm ki, niyə baş tutmadı. Həm də orada limitə düşən futbolçunun sayı çox olduğundan alınmadı. “Xəzər Lənkəran”a uğurlar arzu edirəm.

– Deyilənə görə hazırkı durumun Lənkəran klubunun məşqçilər korpusunu qane etmədiyindən bu transfer baş tutmayıb.

Yox, belə deyil. Mən getdim, fiziki məşqdə sonacan iştirak etdim. Bilirsiz necədi? Həyatda iki şey var: hə və yox. Rəşad Sadıqov kimi futbolçu neçə ay futbolsuz qaldı və basketbol oynayırdı. Ancaq indi ən yaxşı klubda oynayır. Mən ora gedəndə işimin alına bilməyəcəyini də fikirləşirdim. Qismətdi. Bəlkə də nə vaxtda “Xəzər Lənkəran”da oynaya bilərəm.

– Başqa klublardan təkliflər varmı?

Yox. “Araz Naxçıvan”a getməmişdən öncə var idi. Hazırda isə yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43