Bu gün Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində üçüncü görüşünə çıxacaq.
İdmanxeber.az xəbər verir ki, təmsilçimiz Hikaru Nakamura (ABŞ) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
N.Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edib, ikinci görüşdə isə ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub.