Niderlandın Həvəskar Liqalarında ofsayd qaydası ləğv oluna bilər.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb zorakılıq hallarının qarşısını almaqdır.
Niderland Futbol Federasiyası ötən mövsüm hakimlərə edilən hücumlara görə 1864 görüş yarımçıq dayandırıldığını açıqlayıb.
Bu rəqəmin əvvəlki mövsümlə müqayisədə 11, son 5 ildə isə 58 faiz çoxaldığı qeyd edilib.