“Bolonya”nın hücumçusu Coşua Zirksi “Mançester Yunayted”ə keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı niderlandlı bu gün İngiltərə klubu üçün tibbi müayinədən keçəcək. Forvard “qırmızı şeytanlar”la 2029-cu ilə qədər müqavilə imzalayacaq.
Zirksi 2022-ci ildən “Bolonya”da çıxış edir. Ötən mövsüm 23 yaşlı hücumçu komandanın heyətində 37 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.