Dünya futbolu

Niderlandlı futbolçu “Mançester Yunayted”lə vidalaşdı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Beek “Jirona”ya mümkün keçidi öncəsi “qırmızı şeytanlar”ın azarkeşlərinə müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı niderlandlı futbolçu sosial şəbəkəə hesabından paylaşım edib. O, kluba və azarkeşlərə təşəkkür edib.

Van de Beek “Mançester Yunayted”ə 2020-ci ilin sentyabrında “Ayaks”dan 39 milyon avroya keçib. Ötən mövsümün ikinci hissəsində niderlandlı “Ayntraxt”da icarə əsasında çıxış edib.

Ümumilikdə futbolçu mankunianlıların heyətində 62 oyun keçirib, bu oyunda iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43