Dünya futbolu

Nigeriya DÇ-dan kənarda qaldı, azarkeşləri stadionu dağıtdı – VİDEO

DÇ-2022-nin seçmə mərhələsində Qana ilə oyunda qələbə qazana bilməyən və bununla da mundialdan kənarda qalan Nigeriya millisinin azarkeşləri qarşılaşmadan sonra stadiona daxil olublar.

İdmanxeber.az-ın məlumatına görə, Nigeriya millisi 2006-cı ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsində kənarda qalıb.

Bununla barışmayan nigeriyalı fanatlar oyundan sonra stadionda hər şeyi məhv etməyə başlayıb. Polis azarkeşləri sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə etməli olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43