05 Fevral 2025
Ölkə futbolu

Nigeriyalı forvard “Turan Tovuz”a bu qədər qazandırdı – MƏBLƏĞ

“Turan Tovuz”un hücumçusu Otto Conun komandadan ayrıldığını xəbər vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, nigeriyalı forvard bölgə klubuna pul qazandıraraq komandadan ayrılıb. Onu heyətinə qatan Liviyanın “Al Madina” klubu Con üçün 50 min avroya yaxın təzminat ödəyib.

Hücumçunun da ayrılmaq istəməsinin ardından rəhbərlik onun gedişinə icazə verib.

Xatırladaq ki, 27 yaşlı forvard “Turan Tovuz” forması ilə cari mövsüm çıxdığı 21 oyunda 4 qol vurub.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43