“Turan Tovuz” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, hazırda “Sabah”la qarşılaşan bölgə təmsilçisi görüşün 1-ci dəqiqəsində yarımmüdafiəçisi Henri Okebuqvunu itirib.
Nigeriyalı futbolçu qarşılaşmanı davam etdirə bilməyib və onun əvəzinə meydana Veysəl Rzayev daxil olub.
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan “Turan Tovuz” – “Sabah” oyununda hesab açılmayıb.