“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını yaxın gələcəkdə “Çelsi”də davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “zadəganlar” italyanlara ilk rəsmi təklifini edib və aktiv danışıqlar aparır. Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu da futbolçu üçün yarışır. Ərəblər nigeriyalı forvard üçün 70 milyon avro ödəməyə hazırdır.
Futbolçunun İngiltərə oynamağa müsbət yanaşdığı və bu səbəbdən də onun “Çelsi”yə keçəcəyi ehtimal edilir.