“Beşiktaş”, “Vilyareal”, “Real Sosyedad” kimi klublarda çıxış edən türk futbolunun əfsanəsi Nihat Kahveci Bakıya səfər edəcək.
İdmanxeber.az-ın Bakı-2019 Avropa Liqası Əməliyyat Komitəsinə istinadən yaydığı xəbərə görə, martın 3-də keçiriləcək “Bakı 2019: Ulduzlar Finalı” yoldaşlıq oyununda dünyaca məhşur veteran futbolçularla yanaşı, Nihat Kahveci də iştirak edəcək. Bu oyun Bakıdakı Avropa Liqasının finalı ilə əlaqədar təşkil olunacaq.
Qeyd edək ki, N.Kahvecidən başqa sabiq futbolçular Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze də yoldaşlıq oyununda iştirak edəcək.