14 Dekabr 2024
Ölkə futbolu

“Nikolas Kanales mənimlə əlaqə saxlayıb”

"Neftçi"nin sabiq futbolçusu Xose Luis Kabion ölkəsi Çilidə paytaxt klubundakı vaxtlarından danışıb.

Vətənində "Reyncers" klubunda top qovan yarımmüdafiəçi açıqlamasında bunları deyib:

“Mən özüm də ölkə xaricində oynamaq istəyirdim. Nikolas Kanales mənimlə əlaqə saxlayıb, Azərbaycan klubuna keçməyimdə rol oynadı. Həmyerlim mənə böyük komandada oynayacağımı, bununla bağlı klubdan zəng alacağımı dedi. Bu da mənim üçün yaxşı bir təcrübə oldu”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43