19 Fevral 2025
Ölkə futbolu

Nikolas Kanalesin sevgi dolu geri dönüşü: “Neftçi” azarkeşlərini çox sevirəm”

“Neftçi” mənim üçün doğma klubdur. Burada özümü yeni hesab etmirəm. Karyeramın ən uğurlu dövrünü burada keçirmişəm. “Neftçi”nin heyətində Avropa Liqasının qrup mərhələsində oynamışam. Çempionatda da ən məhsuldar oyunçu olmuşam. Məqsədim odur ki, Avropadakı nailiyyətimizi yenidən təkrarlayaq. Komandanın heyəti də buna imkan verir. “Neftçi”də kifayət qədər güclü futbolçular cəmləşib və inanıram ki, birlikdə biz qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyik.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi” ilə müqavilə imzalayacağı gözlənilən Nikolas Kanales klubun saytına açıqlamasında deyib.

Hücumçu 2012/2013 mövsümündə olduğu kimi qollar vurmağa çalışacağını bildirib:

“Neftçi” azarkeşlərini çox sevirəm və bilirəm ki, onlar da mənim üçün darıxıb. Çalışacağam ki, vuracağım qollarla onları yenə də sevindirim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43