“Neftçi”nin sabiq hücumçusu Nikolas Kanalesin yeni klubu bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, çilili forvard karyerasını Rusiyada davam etdirəcək.
Hücumçu Rusiya Premyer Liqasında çıxış edən “Krlya Sovetov” klubu ilə anlaşıb.
Samara təmsilçisi Kanaleslə yanaşı, Gürcüstan yığmasının qapıçısı Georgi Loriyanın da keçidini həll edib.
Xatırladaq ki, ötən mövsüm “Neftçi”nin heyətində 28 oyun keçirən Kanales 11 dəfə rəqib qapılarına yol tapıb.