“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin istefası qəbul olunmayıb.
İdmanxeber.com-un məlumatına görə, dünən “Elfsborq”a məğlubiyyətdən sonra Avroliqada mübarizəni dayandıran “bankirlər”in çalışdırıcısı istefa verdiyini açıqlamışdı. Lakin Bank klubunun prezidenti Georgi Nikolov Sxadadzenin istefasını qəbul etmədiklərini, onunla yola davam edəcəklərini bildirib.
Nikolov hazırkı durumda istefanın onlara heç bir xeyir gətirməyəcəyini də vurğulayılb.