07 Dekabr 2024
Ölkə futbolu

“Niyə yenidən növbəti mərhələyə yüksəlməyi xəyal etməyək?”

“Qarabağ”ın braziliyalı futbolçusu Julio Romao ölkəsiin “Tntsports” nəşrinə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu Ağdam təmsilçisinin Avropa Liqasında qrupdan çıxmasına və növbəti turdakı şanslarını dəyərləndirib:

 

“Çıxışımızdan razıyam. Çox güclü qrupumuz var idi və işimizin asan olmayacağını bilirdik. Qrupumuzda Almaniyanın çox məşhur komandası olan “Bayer” də yer almışdı. Pley-offa çıxmaq  üçün çox iş gördük. Bu, böyük xoşbəxtlik və müvəffəqiyyət hissi üçün bir səbəbdir. Ancaq işimiz burada bitmir. Növbəti mərhələyə yaxşı hazırlaşmaq üçün qarşıdakı oyunlara diqqət etməliyik.

Futbolçu 1/16 final mərhələsində  Portuqaliya klublarından biri ilə qarşılaşmaq istədiyini vurğulayıb:

“Qarabağ”a keçməmişdən əvvəl bu ölkədə çıxış edirdim. Bu, əla olardı. İki mövsüm “Santa-Klara”da oynadım. Amma hansı komanda ilə düşməyimizdən asılıq olmayaraq, hazır olmalıyıq. Çox çalışmalı və performansımızın aşağı düşməsinə imkan verməməliyik. Niyə yenidən növbəti mərhələyə yüksəlməyi xəyal etməyək?”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43